AZ

UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırdı

Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistlər mətbuat azadlığı sahəsinə töhfələrinə görə 2024-cü il UNESCO/Guillermo Cano mükafatının qalibləri seçiliblər.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə UNESCO-nun məlumatında deyilir.

Seçim media peşəkarlarından ibarət beynəlxalq münsiflər heyətinin tövsiyəsi əsasında baş tutub. Mükafatların təqdimetmə mərasimi Çilinin paytaxtı Santyaqoda keçirilən Ümumdünya Mətbuat Azadlığı Konfransı çərçivəsində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
6
olaylar.az

9Mənbələr