Türkiyənin Antalya şəhərində qocalar evində bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qocalar evində qalan bir şəxs əvvəlcədən aralarında ədavət olduğu 3 nəfərə bıçaqla hücum edib.
Hadisəni törədən şəxs oradan uzaqlaşıb.
Ağır yaralanan 1 nəfər təcili yardımla xəstəxanaya aparılıb.
Polis hadisəni törədən şəxsi saxlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə