EN

Antalyada qocalar evində bıçaqlı hücum: 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin Antalya şəhərində qocalar evində bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qocalar evində qalan bir şəxs əvvəlcədən aralarında ədavət olduğu 3 nəfərə bıçaqla hücum edib.

Hadisəni törədən şəxs oradan uzaqlaşıb.

Ağır yaralanan 1 nəfər təcili yardımla xəstəxanaya aparılıb.

Polis hadisəni törədən şəxsi saxlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
41
e-huquq.az

10Sources