AZ

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda nəqliyyat vasitəsinin elektrik dirəyinə çırpılması nəticəsində iki nəfər ölüb. SİA xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, bölgədəki Baharlar kəndindən yola çıxan avtomobilin sürücüsü Uzunalan kəndinin girişində yol kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb.

Qeyd olunub ki, hadisədə yaralanan sürücü və sərnişini xəstəxanaya aparılsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
3
sia.az

10Mənbələr