Ağcabədi rayonun Sarıcalı kəndində qadın qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, mayın 2-də saat 15 radələrində rayon sakini 1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.