AZ

Bişkekdə gərgin gecə: 29 nəfər zərər çəkib -SAXLANILANLAR VAR

Bişkekdə baş verən dava nəticəsində 29 nəfər zərər çəkib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

“Mayın 17-dən 18-nə keçən gecə 29 nəfər təcili tibbi yardım briqadalarına tibbi yardım üçün müraciət edib. Onlardan 15-i xəstəxanaya çatdırılıb, qalanlarına isə yerində tibbi yardım göstərilib”, - məlumatda bildirilib.

 

Rusiyanın "Kommersant" qəzeti yazır ki, mayın 13-də əcnəbi tələbələrin yaşadığı yataqxanalarından birinin həyətində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə yerli sakin döyülüb. Yerli KİV-in məlumatına görə, mayın 17-si axşam yüzlərlə yerli sakin yataqxananın qarşısında toplaşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və saxlanılanlar var. Nəşr yazır ki, polis təxribatlar törətmək istəyən silahlı şəxsləri saxlayıb.

**01:16

Qırğızıstanın paytaxtı Bişkekdə əcnəbilərlə kütləvi davadan sonra minə yaxın insan şəhər mərkəzində Çuyski prospekti ilə Kurmanjan Datvka küçəsinin kəsişməsinə toplaşıb.

 

Bu barədə “24.kg” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, əraziyə daxili qoşun qüvvələri cəlb edilib, vətəndaşların toplaşdığı küçələrə su şırnaqlı maşınlar yerləşdirilib.

 

Qeyd edilir ki, Bişkekdə mayın 13-də hostellərdən birinin həyətində bir neçə yerli sakin əcnəbilər tərəfindən döyülüb. Bu gün isə qırğızlar məsələni aydınlaşdırmaq üçün əraziyə gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
50
senzor.az

10Mənbələr