RU

Tbilisidə etiraz aksiyası yenidən başlanıb, qarşıdurma yaranıb

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları parlament binasının qarşısında hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə etiraz aksiyasını bərpa ediblər.

Mitinq iştirakçıları bildirir ki, bu qanun Rusiya qanunudur və Gürcüstan vətəndaşlarının maraqlarını ifadə edə bilməz.

“Avropaya bəli! Rusiya qanunlarına yox!” — mitinqdə yenidən xarici agentlər haqqında qanunun əleyhdarlarının şüarları səslənir.

Rustaveli prospektini bağlayan etirazçılar hazırda parlamentin girişlərini tutmağa çalışırlar.

Polislə vətəndaşlar arasında qarşıdurma baş verib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
50
azpost.info

10Источники