AZ

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.

"Report"un yerli bürosu xəbər verir ki, parlamentin plenar iclasında deputatlar bir-birinə fiziki güc tətbiq ediblər.

Belə ki, hakim “Gürcü Arzusu” partiyasının deputatı Dmitri Samxaradze plenar iclasda “Milli Hərəkat” partiyasının sədri Levan Xabeişviliyə şifahi etiraz edib. Sonra müxalifətçi deputata qarşı fiziki zorakılıq tətbiq edilibb, lakin deputatlar bunun qarşısını alıblar. Bundan sonra Samxaradze Xabeişvilini söyüb. Ardınca deputatlar arasında fiziki qarşıdurma başlayıb.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
35
report.az

10Mənbələr