AZ

Gürcü müxalifətinin aksiyasında əcnəbi deputatlar - Foto

Parlament binasının qarşısındakı səhnədə biz xarici təsiri açıq şəkildə görürük.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin qarşısındakı etiraz aksiyasında alman deputat Mixail Rott, litvalı deputat Jitimantas Pavilenis, eyni zamanda digər rəsmilərin müxalifətə dəstək çıxışları barədə danışarkən deyib.

“Xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar. Baş verənlərin miqyasını təsəvvür edin. Təbii ki, onların Gürcüstanın daxili siyasətinə kənardan müdaxilə etmək cəhdləri qətiyyən yolverilməzdir”, - Kobaxidze bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti hakim Gürcü Arzusu Partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bundan sonra parlament binasının qarşısında genişmiqyaslı etiraz aksiyası başlayıb, polislə toqquşmalar yaşanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
3
axar.az

10Mənbələr