RU

Hər il 100 milyard dollarlıq hava qaçaqmalçılığı - Kim məsuliyyət daşıyır?

Hər il beynəlxalq hava limanlarında sərnişinlər qaçaqmalçılıq yolu ilə təxminən 100 milyard dollar nağd pul aparırlar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Nəşr bu qədər böyük həcmdə hava qaçaqmalçılığının səbəblərindən biri kimi banklarda təhlükəsizlik qaydalarının sərtləşdirilməsini göstərir. Nümunə olaraq, WSJ 2020-ci ildə Londonun Hitrou hava limanından Dubaya nağd pul olan 7 çamadanın daşındığı bir hekayəni xatırladır.

"The Wall Street Journal" qeyd edir ki, baqajın yoxlanılması avadanlıq və personal baxımından əksər beynəlxalq hava limanları üçün baha başa gələn prosedurdur. Bundan əlavə, heç də bütün ölkələr vətəndaşlardan sərhədi keçərkən xarici valyutada pul bəyan etmələrini tələb etmir. Britaniya hüquq-mühafizə orqanlarına görə, bu boşluqlar milyardlarla dollar nağd pulun Böyük Britaniyadan və digər ölkələrdən çıxarılmasına imkan verir.

Nəşr qeyd edir ki, pul ixracı üçün ən populyar istiqamətlərdən biri də BƏƏ-dir. Eyni zamanda, BƏƏ-nin rəsmi nümayəndəsi "The Wall Street Journal" ilə söhbətində bildirib ki, Dubay Londonla məlumat mübadiləsi də daxil olmaqla, qeyri-qanuni maliyyə axınlarına qarşı mübarizə tədbirlərini gücləndirməyə davam edir.

WSJ-yə danışan Böyük Britaniya Milli Cinayət Agentliyinin baş müstəntiqi Yan Trubi vurğulayıb ki, hava limanının təhlükəsizliyinin əsas vəzifəsi cinayəti aşkar etmək deyil, uçuş təhlükəsizliyini təmin etməkdir. 

"Emirates Airlines" (dünyanın ən böyük aviaşirkətlərindən biri, baş ofisi Dubayda yerləşir) nümayəndəsi bildirib ki, qaçaqmalçılığın müəyyən edilməsi pulun götürüldüyü ölkənin səlahiyyətli orqanlarının üzərinə düşür. 

2020-ci ildə Böyük Britaniyadan BƏƏ-yə ən böyük nağd pul köçürmə proqramlarından birində iştirak edən Hitrou Hava Limanının sözçüsü təhlükəsizlik təcrübələri ilə bağlı şərh verməkdən imtina edib.

Aydın


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
186
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23488
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
18999
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16760
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14597
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11472
Helikopterin qalıqları tapılıb
10116
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7345
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5562
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5376
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4215
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4208
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3680
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2956
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2580
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2188
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
1957
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1866