AZ

ABŞ nəşrindən İDDİA: İsrailə 1 milyard dollarlıq mərmi tədarük olunacaq

“The Wall Street Journal” (WSJ) ABŞ hakimiyyətinin adları açıqlanmayan nümayəndələrinə istinadla xəbər verir ki, Birləşmiş Ştatlar İsrailə tank və minaatan mərmiləri, həmçinin dəyəri 1 milyard dollardan çox olan hərbi nəqliyyat tədarükü üçün yeni müqavilələr bağlamaq variantını araşdırır."Hazırda nəzərdən keçirilən müqavilələrə 700 milyon dollar dəyərində 120 millimetrlik tank mərmiləri, 500 milyon dollarlıq hərbi maşınlar və 100 milyon dollardan az dəyərdə 120 millimetrlik minaatan mərmiləri daxildir", - deyə WSJ bildirib.“Bununla belə, bu ehtimal olunan tədarüklər ABŞ müttəfiqlərinin, o cümlədən İsrailin ehtiyacları üçün Konqresdə nəzərdən keçirilən təcili xərclər paketinə əlavə edilir, - deyə qəzet yazır. Eyni zamanda, İsrailin iştirakı ilə yeni müdafiə müqavilələri təklifi yeni həcmdə silahların verilməsinə qarşı çıxan bəzi amerikalı konqresmenlər tərəfindən etirazla üzləşə bilər.Mətləb

Seçilən
163
41
Mənbələr
Şərh ()
Bağla