Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazax rayonunun erməni işğalında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə danışarkən səsləndirib.
AHİK sədri bildirib ki, hələ də qələbələrimizin davamı gəlməkdədrir, biz ard-arda, davamlı olaraq tarixi naliyyətlərə şahidlik edirik: “Ötən gün daha bir diplomatik qələbə xəbərini aldıq. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşündə razılaşdırılıb ki, işğal altında olan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın. Bu xalqımızın növbəti müdhiş qələbəsidir və bunu bizə bəxş edən isə şəxsən müzəffər sərkərdəmiz, qətiyyətli Liderimiz cənab İlham Əliyevdir. O, heç bir atəş səsi eşidilmədən, güllə atılmadan, itkisiz, qan tökülmədən bu Zəfəri bizə hədiyyə etdi. Televiziya vasitəsi ilə həmin kəndlərin sakinlərinin sevincini qürurla izlədik. Bütün xalqımız bu qələbənin yaratdığı xoş ovqatın içidədir”.
“Hadisələrin gedişi göstərir ki, Prezidentimiz bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. O, 2020-ci il Vətən müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Habelə cənab İlham Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgəni tərk etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir. Biz görürdük ki, aranı qatmağa çalışan, danışıqlar prosesinə mane olmağa cəhdlər edən qüvvələr var idi. Bəzi Qərb dövlətləri, xüsusən də Fransa bu məsələdə daha çox aktiv idi. İddia edirdilər ki, Azərbaycan Ermənistan ərazisinə hücuma hazırlaşır. Artıq son hadisələrlə onların böhtan xarakterli təbliğatları alt-üst oldu və rəzil duruma düşdülər”, - Milli Məclisin deputatı vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
6Источники
-
qaynarinfo.azSəttar Möhbalıyev: "Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir" ( 5666680)
-
moderator.azSəttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir” ( 5663413)
-
veteninfo.azSəttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir” ( 5663227)
-
az.trend.azDörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir -Səttar Möhbalıyev ( 5662102)
-
pravda.azSəttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir” ( 5661730)
-
demokrat.azSəttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir” ( 5661403)