AZ

Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir -Səttar Möhbalıyev

Bakı. Trend:

Xalqımızın uzaqgörənliyi, müdrikliyi, düzgün qərarı və sərrastseçimi bugünkü misilsiz uğurlarımızın, şanlı qələbələrimizinəsasıdır. Proseslərin gedişi və qazanılan nailiyyətlər bir dahasübut edir ki, cənab İlham Əliyevi dövlət başçısı seçməklə xalqımıztarixi addım atıb. O, dövlətimizin və xalqımızın həyatındataleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həlletməklə bütün ümüdləri layiqincə doğrultdu, arzularımızıreallaşdırdı. Cənab İlham Əliyevin siyasi fəaliyyətinin hər birməqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin zəhmətinin,düşünülmüş qərarlarının, qətiyyətli və müdrik mövqeyiningöstəriciləridir ki, günü-gündən çiçəklənən, tərəqqi edənVətənimizin şanı və şöhrəti bütün dünyaya yayılıb. Əminliklə vəfəxarətlə deyə bilərik ki, hazırda Azərbaycan dünyanın qüdrətlidövlətlərindən biridir. Hələ 2003-cü ildə Prezident İlham Əliyevinxalqımıza verdiyi ən mühüm vəd işğal altında olan torpaqlarımızındüşməndən azad edilməsi idi. Bu gün isə biz məhz onun diplomatikbacarığı, mahir sərkərdəlik keyfiyyətləri sayəsində dünyadamüzəffər xalq olaraq tanınırıq.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazaxrayonunun erməni işğalında olan 4 kəndinin Azərbaycana qaytarılmasıbarədə danışarkən səsləndirib.

AHİK sədri bildirib ki, hələ də qələbələrimizin davamıgəlməkdədrir, biz ard-arda, davamlı olaraq tarixi naliyyətlərəşahidlik edirik: “Ötən gün daha bir diplomatik qələbə xəbərinialdıq. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev vəErmənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında ikiölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası vəAzərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlətsərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın növbəti görüşündə razılaşdırılıb ki, işğal altındaolan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın. Bu xalqımızınnövbəti müdhiş qələbəsidir və bunu bizə bəxş edən isə şəxsənmüzəffər sərkərdəmiz, qətiyyətli Liderimiz cənab İlham Əliyevdir.O, heç bir atəş səsi eşidilmədən, güllə atılmadan, itkisiz, qantökülmədən bu Zəfəri bizə hədiyyə etdi. Televiziya vasitəsi iləhəmin kəndlərin sakinlərinin sevincini qürurla izlədik. Bütünxalqımız bu qələbənin yaratdığı xoş ovqatın içidədir”.

“Hadisələrin gedişi göstərir ki, Prezidentimiz bütün prosesizərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə vəqətiyyətli addımları ilə davam etdirir. O, 2020-ci il Vətənmüharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isəQarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizinsuverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Habelə cənabİlham Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiyasülhməramlılarının bölgəni tərk etməsi və Qazaxın dörd qeyri-anklavkəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir.Biz görürdük ki, aranı qatmağa çalışan, danışıqlar prosesinə maneolmağa cəhdlər edən qüvvələr var idi. Bəzi Qərb dövlətləri, xüsusəndə Fransa bu məsələdə daha çox aktiv idi. İddia edirdilər ki,Azərbaycan Ermənistan ərazisinə hücuma hazırlaşır. Artıq sonhadisələrlə onların böhtan xarakterli təbliğatları alt-üst oldu vərəzil duruma düşdülər”, - Milli Məclisin deputatı vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
7
Mənbələr
Şərh ()
Bağla