Çıxış edən YAP Yasamal rayon təşkilatın sədri Bəxtiyar Nəbiyev Zərifə xanım Əliyevanı dəyərli alim, mehriban və qayğıkeş oftalmoloq həkim kimi xarakterizə edib. Bildirib ki, Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və yaxın silahdaşı, müasir qüdrətli dövlətimizin başçısı və müzəffər Ali Baş Komandan İlham Əliyevin anası Zərifə xanım Əliyeva zəngin və şərəfli ömür yolu keçib, çoxşaxəli uğurlu fəaliyyətləri ilə xalqımızın qəlbində əbədi izlər qoyub. Şəxsiyyətin formalaşmasında ailə mühitinin rolundan danışan Bəxtiyar Nəbiyev xalqımıza və dövlətimizə qalib lider yetişdirən Zərifə xanım Əliyevanı qəhrəman və cəfakeş ana kimi səciyyələndirib. Bəxtiyar Nəbiyev Prezident İlham Əliyev kimi müdrik şəxsiyyət və qəhrəman sərkərdəyə sahib olduğumuz üçün Zərifə xanıma borclu olduğumuzu bildirib.
Sonra çıxış edən məruzəçilər baş həkimin müavini Qüdrətzadə Lalə, oftolmoloq Əliyeva Sevda və Ağamalıyeva Nəzakət çıxışlarında Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта