AZ

Akademik Zərifə Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

YAP Yasamal rayon təşkilatının “İ.Qutqaşınlı küç. 7/9” (10 saylı uşaq poliklinikası) ərazi partiya təşkilatında Akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.   Manset.az-ın məlumatına görə, ilk öncə Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş video çarx nümayiş etdirilib. Giriş nitqi ilə çıxış edən 10 saylı uşaq poliklinikasının baş həkimi Aygün Məmmədova  qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Dövrün zəngin ədəbi mühitində boya-başa çatan Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyi,  Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyi vurğulanıb. Həmçinin həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında Zərifə xanımın böyük xidmətləri olduğu qeyd edilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatın sədri Bəxtiyar Nəbiyev Zərifə xanım Əliyevanı dəyərli alim, mehriban və qayğıkeş oftalmoloq həkim kimi xarakterizə edib. Bildirib ki, Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və yaxın silahdaşı, müasir qüdrətli dövlətimizin başçısı və müzəffər Ali Baş Komandan İlham Əliyevin anası Zərifə xanım Əliyeva zəngin və şərəfli ömür yolu keçib, çoxşaxəli uğurlu fəaliyyətləri ilə xalqımızın qəlbində əbədi izlər qoyub. Şəxsiyyətin formalaşmasında ailə mühitinin rolundan danışan Bəxtiyar Nəbiyev xalqımıza və dövlətimizə qalib lider yetişdirən Zərifə xanım Əliyevanı qəhrəman və cəfakeş ana kimi səciyyələndirib. Bəxtiyar Nəbiyev Prezident İlham Əliyev kimi müdrik şəxsiyyət və qəhrəman sərkərdəyə sahib olduğumuz üçün Zərifə xanıma borclu olduğumuzu bildirib.
Sonra çıxış edən məruzəçilər baş həkimin müavini Qüdrətzadə Lalə, oftolmoloq Əliyeva Sevda və Ağamalıyeva Nəzakət  çıxışlarında Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
2141
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1797
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
1570
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1458
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1164
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
1095
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
781
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
729
Röyanın biabırçı videosu yayıldı
678
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
595
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
585
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
583
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
562
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
559
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
539
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
509
Sabah 20 dərəcə isti olacaq
425
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
413
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
405
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
360