Bakı. Trend:
Bakıda yaşayış binasında yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəliyaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 m² olan 5otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası, 1 ədəd paltaryuyan və1 ədəd qabyuyan maşın yanıb.
Yüksək temperaturdan 3 p.m mətbəx mebeli qarsalanıb. Yanğınzamanı 1 nəfər yanıq xəsarəti alıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizəbölmələri tərəfindən söndürülüb.