AZ

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuyan maşın yanıb. Yüksək temperaturdan 3 p/m mətbəx mebeli qarsalanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Seçilən
112
15
Mənbələr
Şərh ()
Bağla