RU

Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR

Rusiyanın Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski deyib ki, ölkəsinin Zaqafqaziyadakı son 300-350 illik tarixi başa çatıb. Artıq bu tezisi Rusiya ideoloqları, siyasət adamları da dilə gətirir.

İndi əsas suallar belədir: Putin niyə bu addıma getdi? Sülhməramlılar hansı səbəbə görə Azərbaycanı 2025-ci ildən tez tərk etdi? 

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının Cənubi Qafqazda üç əsrlik tarixinin başa çatması kimi qəbul etmək tam doğru olmaz, əksinə, Moskvanın bölgədə missiyasının başa çatmaması üçün bu addımı atdığını düşünürəm:

“Sülhməramlıların çıxması Cənubi Qafqazda Rusiya qoşunlarının daxil olduğu ərazidən ilk dəfə qansız çıxması hadisəsi olaraq tarixə düşdü, bunu bacaran Azərbaycan da ilk belə ölkə kimi xatırlanacaq.

Rusiyanın sülhməramlılarını çıxarması Qarabağdan imtina etməsi siyasətinin məntiqi davamıdır. Bu məsələ 2023-cü ilin 20 sentyabrında Qarabağda erməni separatizminin ləğv edilməsi zamanı həll edilmişdi artıq. Erməni əhalisinin bölgədən çıxmasından sonra Rusiyanın faktiki heç bir missiyası qalmadı. Onsuz da 2025-ci ildə çıxacaqlar, bunun bir il gec, yaxud tez baş verməsi nəticəni dəyişdirməyəcək. Rusiya buna görə vaxtından əvvəl sülhməramlıları çıxardı. Lakin Rusiyanın bu addımının hədəflərinin olduğu da aydındır. 2022-ci ildə keçirilən Praqa görüşündə Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdı. Burada İrəvanın məqsədi Qarabağdan xilas olmaq, Qərbə inteqrasiyanın yolunu açmaq və erməni separatizmini Bakı-Moskva xəttindəki problemə çevirmək idi. Rusiya anladı ki, 30 ildir bölgədə təsir rıçaqı kimi istifadə etdiyi Qarabağda qalmaq bütövlükdə bölgədəki maraqlarını təhlükəyə atır.

Birincisi, bu məsələ Azərbaycan-Rusiya, həm də Türkiyə ilə münasibətlərə problemlər yarada bilər.

İkincisi, Qarabağdan imtina edən Ermənistan onun orbitindən uzaqlaşır və belə olan halda Rusiyanın bölgədəki maraqları risk altına düşür, çünki Qarabağ üzərindən Azərbaycana təsir etməklə bölgədəki mövqelərini qoruya bilməyəcək.

Üçüncüsü, Ermənistan hakimiyyəti Qarabağ erməniləri, ümumiyyətlə, qondarma “artsax” məsələsində məsuliyyəti Rusiyanın üzərinə qoyur. Məhz bölgədəki maraqlarını, təsir imkanlarını saxlamaq məqsədilə Qarabağdan imtina etdilər. Əvəzində Azərbaycanın dəstəyini qazandılar və bu, Qərb qüvvələrinin bölgəyə girişinə geniş meydanın açılmamasına səbəb olur.

Çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi olmaq Cənubi Qafqazda ön plana çıxmaq deməkdir. Ermənistan prosesi Qərb platformasına köçürməyə çalışır, Azərbaycan bundan imtina edir, çünki oradakı gündəlik bizim maraqlarımıza uyğun deyil. Rəsmi Bakının öz maraqlarına uyğun gələn bu gedişi Rusiyaya da Cənubi Qafqazda mövqelərini qoruyub saxlamağa imkan verir, Qərbin bölgəyə müdaxiləsini məhdudlaşdırır. Fikrimcə, sülhməramlıların çıxarılmasının arxasındakı məsələ bundan ibarətdir”.


Telegram kanalımız
Избранный
98
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20614
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19235
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18196
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17604
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16532
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16359
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15375
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11874
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11243
"Zaur, yenə çaşdın..." - VİDEO
8825
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8530
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7972
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7965
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7082
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6226
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731