AZ

Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR

Rusiyanın Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski deyib ki, ölkəsinin Zaqafqaziyadakı son 300-350 illik tarixi başa çatıb. Artıq bu tezisi Rusiya ideoloqları, siyasət adamları da dilə gətirir.
 
İndi əsas suallar belədir: Putin niyə bu addıma getdi? Sülhməramlılar hansı səbəbə görə Azərbaycanı 2025-ci ildən tez tərk etdi? 
 
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının Cənubi Qafqazda üç əsrlik tarixinin başa çatması kimi qəbul etmək tam doğru olmaz, əksinə, Moskvanın bölgədə missiyasının başa çatmaması üçün bu addımı atdığını düşünürəm:
 
“Sülhməramlıların çıxması Cənubi Qafqazda Rusiya qoşunlarının daxil olduğu ərazidən ilk dəfə qansız çıxması hadisəsi olaraq tarixə düşdü, bunu bacaran Azərbaycan da ilk belə ölkə kimi xatırlanacaq.
 
Rusiyanın sülhməramlılarını çıxarması Qarabağdan imtina etməsi siyasətinin məntiqi davamıdır. Bu məsələ 2023-cü ilin 20 sentyabrında Qarabağda erməni separatizminin ləğv edilməsi zamanı həll edilmişdi artıq. Erməni əhalisinin bölgədən çıxmasından sonra Rusiyanın faktiki heç bir missiyası qalmadı. Onsuz da 2025-ci ildə çıxacaqlar, bunun bir il gec, yaxud tez baş verməsi nəticəni dəyişdirməyəcək. Rusiya buna görə vaxtından əvvəl sülhməramlıları çıxardı. Lakin Rusiyanın bu addımının hədəflərinin olduğu da aydındır. 2022-ci ildə keçirilən Praqa görüşündə Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdı. Burada İrəvanın məqsədi Qarabağdan xilas olmaq, Qərbə inteqrasiyanın yolunu açmaq və erməni separatizmini Bakı-Moskva xəttindəki problemə çevirmək idi. Rusiya anladı ki, 30 ildir bölgədə təsir rıçaqı kimi istifadə etdiyi Qarabağda qalmaq bütövlükdə bölgədəki maraqlarını təhlükəyə atır.
 
Birincisi, bu məsələ Azərbaycan-Rusiya, həm də Türkiyə ilə münasibətlərə problemlər yarada bilər.
 
İkincisi, Qarabağdan imtina edən Ermənistan onun orbitindən uzaqlaşır və belə olan halda Rusiyanın bölgədəki maraqları risk altına düşür, çünki Qarabağ üzərindən Azərbaycana təsir etməklə bölgədəki mövqelərini qoruya bilməyəcək.
 
Üçüncüsü, Ermənistan hakimiyyəti Qarabağ erməniləri, ümumiyyətlə, qondarma “artsax” məsələsində məsuliyyəti Rusiyanın üzərinə qoyur. Məhz bölgədəki maraqlarını, təsir imkanlarını saxlamaq məqsədilə Qarabağdan imtina etdilər. Əvəzində Azərbaycanın dəstəyini qazandılar və bu, Qərb qüvvələrinin bölgəyə girişinə geniş meydanın açılmamasına səbəb olur.
 
Çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi olmaq Cənubi Qafqazda ön plana çıxmaq deməkdir. Ermənistan prosesi Qərb platformasına köçürməyə çalışır, Azərbaycan bundan imtina edir, çünki oradakı gündəlik bizim maraqlarımıza uyğun deyil. Rəsmi Bakının öz maraqlarına uyğun gələn bu gedişi Rusiyaya da Cənubi Qafqazda mövqelərini qoruyub saxlamağa imkan verir, Qərbin bölgəyə müdaxiləsini məhdudlaşdırır. Fikrimcə, sülhməramlıların çıxarılmasının arxasındakı məsələ bundan ibarətdir”.
Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3725
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3542
Bu yol qovşağında təmir işləri aparılacaq
3031
Bakıda hoteldə yanğın başlayıb
2589
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1741
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1618
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1512
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1408
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1246
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1238
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1213
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1099
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1046
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
932
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
910
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
865
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
842
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
809
Sabah 5 kəndin qazı kəsiləcək
764