RU

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanın XİN başçısı ilə görüşüb.

Tbilisidə səfərdə olan ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb.

Bildirilib ki, tərəflər Gürcüstanın işğal altındakı ərazilərində vəziyyətə, həmçinin Cenevrədə beynəlxalq müzakirələrin dinamikasına diqqət yetiriblər.

Bu kontekstdə ABŞ-nin və şəxsən Lui Bononun prosesdə müsbət iştirakı qeyd edilib.

Darçiaşvili Rusiya-Gürcüstan münaqişəsnin həlli istiqamətində töhfələrinə, ABŞ-nin Gürcüstanın strateji tərəfdaşı kimi vacib səylərinə görə təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
118
2
apa.az

3Источники