AZ

ABŞ rəsmisi Gürcüstanın XİN başçısı ilə görüşdü

Tbilisidə səfərdə olan ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb.

Bildirilib ki, tərəflər Gürcüstanın işğal altındakı ərazilərində vəziyyətə, həmçinin Cenevrədə beynəlxalq müzakirələrin dinamikasına diqqət yetiriblər.

Bu kontekstdə ABŞ-nin və şəxsən Lui Bononun prosesdə müsbət iştirakı qeyd edilib.

Darçiaşvili Rusiya-Gürcüstan münaqişəsnin həlli istiqamətində töhfələrinə, ABŞ-nin Gürcüstanın strateji tərəfdaşı kimi vacib səylərinə görə təşəkkür edib.


Müəllif: Teleqraf.com
Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla