RU

UNEC-də beynəlxalq konfrans başlayıb

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin və Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının (FAI) əməkdaşlığı ilə “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” adlı beynəlxalq konfransın açılışı olub.

APA xəbər verir ki, konfransın açılışında çıxış edən elm üzrə prorektor dosent Fariz Əhmədov iştirakçıları salamlayaraq, konfransın mövzusunun aktuallığından danışıb. Bildirib ki, konfrans çərçivəsində dünyanın nüfuzlu alim və tədqiqatçıları bir yerə toplaşaraq, rəqəmsallaşma, süni intellekt, menecment, iqtisadiyyat, maliyyə, turizm və digər qlobal sahələr üzrə mövzuları müzakirə edəcəklər. F.Əhmədov konfransa Azərbaycan, ABŞ, Kanada, Almaniya, Hindistan, Yunanstan, İordaniya, Portuqaliya, Polşa, Gürcüstan, Litva, Monqolustan, Ukrayna, Monteneqro, Ruminiya, Tailand, Fillippin, Braziliya və Malaziyadan olan alimlərin müxtəlif sahələri əhatə edən 90-na yaxın elmi məqaləsinin qəbul edildiyini bildirib. O, konfransda əldə olunan nəticələrin universitet-sənaye işbirliyinə, eləcə də dövlət və özəl sektorun inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

Sonra Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının prezidenti professor M.Premkit Sing, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, FAİ-nin vitse-prezidenti professor Nina Poyda Noysk, akademiyanın baş katibi Prof. Pankaj Srivastava, Türkiyənin Diclə Universitetinin dekanı Dr. Fethiye Muge Sakar çıxış edərək, müzakirə olunacaq mövzular barədə fikirlərini bölüşüblər, konfransla bağlı gözləntilərini səsləndiriblər.

Çıxışlardan sonra təltifolunma mərasimi keçirilib. Konfrans plenar iclaslarda yerli və xarici tədqiqatçıların çıxışları ilə davam edib.

Qeyd edək ki, beynəlxalq konfrans aprelin 20-də öz işini başa vuracaq.

UNEC-də UNEC-də UNEC-də UNEC-də UNEC-də UNEC-də UNEC-də
Избранный
93
8
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Bakıda hoteldə yanğın başlayıb
901
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
594
Bu yol qovşağında təmir işləri aparılacaq
390
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
369
Sabah 5 kəndin qazı kəsiləcək
350
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
224
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
219
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
217
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
171
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
137
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
123
Bakıda 9 otaqlı evdə yanğın baş verib
122
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
95
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
93
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
67
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
44