AZ

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabi” - UNEC-də beynəlxalq konfrans keçirilir

“Rəqəmsallaşma

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin və Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının (FAI) əməkdaşlığı ilə “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” adlı beynəlxalq konfransın açılışı olub.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Açılış nitqi ilə çıxış edən prorektor Fariz Əhmədov bildirib ki, konfrans çərçivəsində dünyanın nüfuzlu alim və tədqiqatçıları bir araya gələrək, rəqəmsallaşma, süni intellekt, menecment, iqtisadiyyat, maliyyə, turizm və digər qlobal sahələr üzrə mövzuları müzakirə edəcəklər. F.Əhmədov konfransa Azərbaycan, ABŞ, Kanada, Almaniya, Hindistan, Yunanıstan, İordaniya, Portuqaliya, Polşa, Gürcüstan, Litva, Monqolustan, Ukrayna, Monteneqro, Ruminiya, Tailand, Fillippin, Braziliya və Malaziyadan olan alimlərin 90-a yaxın elmi məqaləsinin qəbul edildiyini bildirib. O, konfransda əldə olunan nəticələrin universitet-sənaye işbirliyinə, eləcə də dövlət və özəl sektorun inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edərək konfransın işinə uğurlar arzulayıb.

Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının prezidenti professor M.Premkit Sing, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, FAI-nin vitse-prezidenti professor Nina Poyda Noysk, akademiyanın baş katibi Pankaj Srivastava, Türkiyənin Diclə Universitetinin dekanı Fethiye Muge Sakar çıxış edərək müzakirə olunacaq mövzular barədə fikirlərini bölüşüblər, konfransla bağlı gözləntilərini səsləndiriblər.

Sonra təltifolunma mərasimi keçirilib. Konfrans plenar iclaslarda yerli və xarici tədqiqatçıların çıxışları ilə davam edib.

Qeyd edək ki, beynəlxalq konfrans aprelin 20-də öz işini başa vuracaq.

Seçilən
74
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19664
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19033
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18118
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17407
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15983
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15919
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15679
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15166
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11668
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11186
"Zaur, yenə çaşdın..." - VİDEO
8781
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7438
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7320
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7271
Minimum əmək haqqı nə qədər arta bilər?
6998
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6808
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6050
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5685