RU

Məşhur futbolçu 32 yaşında öldü - FOTO

Karyerasını Cənubi Afrikanın "SuperSport Yunayted" klubunda davam etdirən Zimbabve Millisinin sabiq qapıçısı Corc Çiqova 32 yaşında dünyasını dəyişib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi Afrikada məskunlaşan Zimbabve Milli Komandasının keçmiş qapıçısı Corc Çiqova xəstələnərək evində dünyasını dəyişib.

Bu barədə "SuperSport United" klubu açıqlama verib. Ötən ilin iyulunda "SuperSport" komandası ilə məşq edərkən huşunu itirən Çiqovaya ürək xəstəliyi diaqnozu qoyulub.

Bundan sonra komandadan ayrılan Çiqova bir müddət futboldan uzaqlaşmışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1149
5
milli.az

10Источники