RU

Azərbaycan bilyardçısı Avropa çempionu olub

Azərbaycan

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan bilyardçısı Tofiq Quliyev Moldovanın Kişinyov şəhərində keçirilmiş piramida üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Bilyard Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançı 7 ölkədən 70 idmançı arasında birinci yeri tutub.

Azərbaycanın digər təmsilçisi Niyazi Xələfov isə bürünc mükafatın sahibi olub. Gümüş medala isə Ukrayna bilyardçısı Dmitro Pokotilski layiq görülüb.

Bununla da Azərbaycan yığması turniri iki medalla başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
7
Источники
Комментарий ()
Закрывать