AZ

Azərbaycan bilyardçısı Avropa çempionatında qızıl medal qazandı

Azərbaycan bilyardçısı Tofiq Quliyev Moldovanın Kişinyov şəhərində keçirilmiş piramida üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Bilyard Federasiyasından Bizim.Media-ya bildiriblər ki, idmançı 7 ölkədən 70 idmançı arasında birinci yeri tutub.

Azərbaycanın digər təmsilçisi Niyazi Xələfov isə bürünc mükafatın sahibi olub. Gümüş medala isə Ukrayna bilyardçısı Dmitro Pokotilski layiq görülüb.

Bununla da Azərbaycan yığması turniri iki medalla başa vurub.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
7
Mənbələr
Şərh ()
Bağla