RU

"Avrokubok şansımız olmasa belə, qürurumuz var" - “Araz-Naxçıvan”ın qapıçısı

style='margin-bottom:10px;'>

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 29-cu turunda “Kəpəz”ə qarşı keçirilən oyunda fasiləyə hesabda üstün yollansanız da, yekunda məğlub oldunuz. Nə baş verdi ki, matçın gedişatı tam dəyişdi?

- Nə baş verdiyini bilirəm. Təbii ki, məyusedici məğlubiyyətdir. “Kəpəz”lə matçda 3 xal bizim üçün çox vacib idi. Oyuna da yaxşı başladıq, hesabda önə keçdik. Lakin sonradan niyə zəif çıxış etdiyimizin səbəbini bilmirəm.

- Bu məğlubiyyətdən sonra demək olar ki, “Araz-Naxçıvan” avrokuboklara yollanmaq şansını böyük ölçüdə itirdi?

- Şanslar barədə bir söz deyə bilmərəm. Məqsəd hər zaman meydana çıxıb qələbə qazanmaqdır. Hər oyuna 3 xal üçün çıxırıq. Mövsümün sonuna kimi hələ 7 tur var. Hər şeyin necə yekunlaşacağını birlikdə görəcəyik.

- Qarşıdakı oyunlar üçün motivasiyanı hardan tapacaqsınız?

- Biz hər birimiz peşəkarıq. Avrokuboklar şansımız olmasa belə, qürurumuz var. Meydana çıxıb öz işimizi görməliyik. Siz futboldan yazırsınız. Çempionatda fasilə olanda işinizi dayandırmırsınız ki. Eynən də biz.

- “Araz-Naxçıvan” mövsümə yaxşı start vermişdi. Yanvara qədər hətta “Neftçi”, “Qarabağ” kimi iddialılara qalib də gəlmişdiniz. Qış fasiləsində nə baş verdi ki, komanda bu cür gerilədi?

- Heç bilmirəm nə deyim. Belə görünür ki, nəsə qaydasında deyil. Hansısa məqamı nəzərdən qaçırmışıq. O da bizə nəticə qazanmağa imkan vermir.

- Mətbuatda komandada maliyyə problemləri olduğu barədə xəbərlər yayılıb. Bəlkə zəif çıxışın səbəbi məhz budur?

- Mətbuatda çox şey yazılır. Lakin komandada atmosfer yaxşıdır. Maliyyə baxımından da hər hansı problem yoxdur. Deyilən vaxtda maaşları da, bonusları da alırıq.

- Növbəti turda “Neftçi”nin qonağı olacaqsınız. Bu matçdan gözləntiləriniz nədir?

- İndi ilk növbədə bərpa olmalıyıq. Daha sonra “Neftçi” ilə matça hazırlaşacağıq. Məşqçilər heyəti də lazımi göstərişləri verəcək. İnanıram ki, “Neftçi” ilə görüşdə uğurlu nəticə əldə edə biləcəyik. Bu mövsüm artıq 2 dəfə onlara qalib gəlmişik. Qarşıdakı matçda da uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
311
41
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44459
Abdullahianın cəsədi tapıldı - FOTO
33115
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27577
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20175
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17880
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11787
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8229
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8179
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6980
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6967
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5379
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5074
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3977