AZ

“Bəli, mənə belə təkliflər olub” – Yassin Benzia

“Qarabağ” Misli Premyer Liqasının 29-cu turu çərçivəsində evdə “Səbail”lə qarşılaşıb. Görüş “köhlən atlar”ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində yarımmüdafiəçi Yassin Benzia dubla imza atıb.

KONKRET.az xəbər verir ki, matçdan sonra Benzia fanat.az-ın suallarını cavablandırıb:

– Çempionluq təmin olunub deyə, oyunlara hazırlaşmaq çətindir, ya asan?

– Baxmayaraq ki, biz çempion olmuşuq, amma hər oyuna ciddi yanaşırıq. Çünki bizim statusumuz var. Hər oyuna ciddi yanaşaraq meydana qələbə üçün çıxırıq.

– Bu gün iki qol vurdunuz.

– Önəmli olan bu gün qələbə qazanmaq idi. Komanda üçün vacib idi. Mən çox xoşbəxtəm.

– Son zamanlar performansınız yüksələn xətlə inkişaf edir. Milli komanda forması ilə bir qolunuz “Puşkaş mükafatı”na namizəd göstərilir. Bu haqda fikriniz necədir?

– Əlbəttə, buna görə çox xoşbəxtəm. Gözəl qol alındı. Mən bu performansı qazanmaq üçün çox çalışmışam. Son dövrlər bu məndə alınır. Buna görə, Allaha da təşəkkür edirəm.

– Bir zamanlar “Lion” da çıxış edərkən sizi Kərim Benzemanın əvəzedicisi olaraq görürdülər. Həmin dövrə qayıtdığınızı demək olar?

– Hazırda bəli, inkişaf edirəm. Öz baş məşqçimə və məşqçi korpusuna təşəkkür edirəm. Çünki onlar mənə xüsusi yanaşırlar. Mənim inkişafımda səy göstərirlər.

– Ötən həftə sizə gələn təkliflər barədə Fransa mətbuatına özünüz açıqlama vermişdiniz?

– Bəli, mənə belə təkliflər olub.

– Bəs hazırda necə, təkliflər var?

– Mən hazırda öz komandama diqqətimi yönəltmişəm. Bütün bu məsələlər barədə sezonun sonunda danışmaq olar.

– Faiz etibarilə, “Qarabağ”dan getməyiniz və ya qalmağınız barədə nə deyə bilərsiniz?

– Mən burda çox şadam. Mənim hələ bir il də müqaviləm var. Ona görə nəsə demek tezdir.

Seçilən
184
1
Mənbələr
Şərh ()
Bağla