AZ

Benzia özünü təriflədi: “Bu cür qollar vurmaq üçün həmişə istedadım olub”

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair millisinin heyətində Cənubi Afrika ilə keçirilən beynəlxalq yoldaşlıq görüşündə vurduğu qolu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmada dubla imza atan 29 yaşlı futbolçu akrobatik tullanışla vurduğu qolun gözəl alındığını söyləyib.

Lakin o, ölkəsinin mətbuatına açıqlamasında buna təəccüblənmədiyini sözlərinə əlavə edib: “Həmin qol çox sürətli alındı. Topu tək toxunuşla sağ ayağımla havaya qaldırdım və sol ayağımla akrobatik tullanışla zərbə vurdum. Çılğın səsləndiyini bilirəm, amma mən belə qol vurmağıma təəccüblənmədim. Çünki oyunum belədir, daxilimdə bu hiss var. Gənc yaşda Lion “Olimpik”ində mərkəz hücumçusu kimi oynamışam. Bu cür qollar vurmaq üçün həmişə istedadım olub. Cərimə meydanı daxilində də düzgün yer seçməyi bacarıram”.

Qeyd edək ki, 3:3 hesabı ilə yekunlaşan matçda Benziya 2 qolla yanaşı, 1 məhsuldar ötürmə verib.

Seçilən
179
41
Mənbələr
Şərh ()
Bağla