RU

Jurnalist İdrak Camalbəyli ilə Kiyev şəhərində vida mərasimi keçirilib - VİDEO

Tarixən vətəni olmayan ermənilər Azərbaycan ərazisində məskunlaşdırıldıqdan sonra yerli azərbaycanlıları sıxışdıraraq öz dədə-baba torpaqlarından çıxartmağa başlayıblar. Azərbaycan torpaqlarının bir hissəsində özlərinə Ermənistan Respublikası yaradan ermənilər sonralar daha böyük, mifik arzularla yaşayıblar - “Böyük Ermənistan” yaratmaq xəyalına düşüblər. Bu xəyallarını gerçəkləşdirmək üçün yerli azərbaycanlılara qarşı soyqırımlar törətmişlər.Torpaqlarımızda yaratdıqları Ermənistandan soydaşlarımıza işgəncə verərək deportasiya etmişlər. Uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi şəkildə qətlə yetirmişlər. Onlar azərbaycanlılarla birgə minlərlə ləzgi, talış, avar, rus, yəhudi və digər millətdən olan insanları diri-diri yandırmış və qılıncdan keçirərək qətlə yetirmişlər. Kütləvi qətllər törətdikləri yerlərdə Azərbaycana məxsus memarlıq incilərini, mədəni abidələri, məktəb, xəstəxana, məscidləri dagıtmışlar. 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakı Sovetinin 6 min silahlı əsgəri və “Daşnaqsütun” partiyasının 4 minlik erməni silahlı dəstələri Bakı şəhərində qəflətən məhəllələrə girərək qanlı qırğınlar törətmişlər. Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə də 30 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan və digər bölgərdə də qətllər, talanlar edərək kütləvi qırğınlar törətmiş, 10 minlərlə azərbaycanlını isə öz doğma yurd-yuvasından deportasiya etmişlər.Quba qırğınları zamanı şəhərdə öldürülənlərin sayı 2900-dək, Quba qəzası üzrə isə ümumilikdə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Qubada tapılan əzilmiş, deşilmiş, kəsilmiş kəllə sümüklərindən aşkar olur ki, onların başlarına mismar vuraraq işgəncə verilmiş, küt alətlə və balta ilə öldürülmüş sonra isə qılıncla başları bədənlərindən ayrılmışdır. Qubada 2007-ci ildə stadionun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı isə burada kütləvi məzarlıq aşkarlanıb. Məzarda 500-dək insan kəlləsi tapılıb. Bu insanların 1918-ci ildə Quba soyqırımı zamanı qətlə yetirildikləri aşkarlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırım memorial kompleksi”nin yaradılmasına qərar verilib. 2013-cü ildə kompleksin açılışında cənab İlham Əliyev Azərbaycana qarşı dəfələrlə soyqırım törədildiyini vurğulayıb.Qeyd edib ki, Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir. Həmin vaxt Şamaxının da 120 kəndinin 86-sı ermənilərin təcavüzünə məruz qalıb, 7 min nəfər işgəncə verilərək qətlə yetirilib. Qətlə yetirilənlərin 1653 nəfəri qadın və 965 nəfəri uşaq olub. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Fərmanda 31mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanmışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”Mayisə AbbasovaŞəhid Səxavət Abbasovun anası

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
154
29
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13744
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9102
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2955
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2499
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2220
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2113
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2074
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1549
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1042
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
754
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
674
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
656
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
651
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
612
Arda Gülər dayanmır, yenə fərqləndi -
585