AZ

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur

Azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, xalqımızın and yerinə çevrilən bu məkana rayon sakinləri axın edirlər. Ziyarətçilər arasında hökumət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan vətəndaşlar, şagird və tələbələr, eləcə də xarici vətəndaşlar var.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin bələdçiləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Seçilən
126
5
Mənbələr
Şərh ()
Bağla