AZ

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub - FOTOLAR

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları və ərazi partiya təşkilat sədrləri 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.Öncə Soyqırımı abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, soyqırımı qurbanlarının xatirəsi anılıb.Sonra kompleks ilə tanışlıq olub. Ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Vurğulanıb ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirib.Qeyd olunub ki, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib.Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
121
1
Mənbələr
Şərh ()
Bağla