RU

"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"

Qanunverilcik məhkəmələrin hökm və ya qərarlarına əlavə kassasiya qaydasında yenidən baxılmasını nəzərdə tutur. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi, məhkum və ya onun müdafiəçisi malikdir. Lakin əksər hallarda əlavə kassasiya şikayətlərinin formal tərtib olunduğu barədə fikirlərə rast gəlinir. Şikayətlərin mütləq əksəriyyətində aidiyyəti olmayan formal, bəzən isə işin faktiki halları ilə bağlı dəlillərə toxunulur. Formal tərtib olunan əlavə kassasiya şikayətinin bir dəfə geri qaytarılmasına baxmayaraq, eyni əsaslarla şikayətlərin təkrarən verilməsi halları da mövcuddur. Belə olan halda şikayətlər təmin olunmur, çox vaxt elə əvvəlki qərarlar qüvvədə saxlanılır.

Maraqlıdır, vəkillərin bu barədə fikirləri necədir? Ümumiyyətlə, əlavə kassasiya şikayətinin perspektivi varmı?

E-huquq.az mövzu ilə bağlı onların fikirlərini öyrənib.

Emin Kiçikbəyov deyib ki, əlavə kassasiya şikayətləri düzgün tərtib olunduqda və əsaslandırılmış olduqda müsbət nəticə əldə olunması mümkündür: "Bəzən bilərəkdən əlavə kassasiya şikayəti verilir ki, vaxt qazanılsın. Bu da formal xarakterə gətirib çıxarır. Amma əsaslandırılıb verilən kassasiya şikayətlərində dəlillərə əksər hallarda baxılır. Bu gün Ali Məhkəmədə verilən qərarlar çox ədalətlidir və müsbət nəticələr verir. Mən əslində bu barədə çox razıyam. Ali Məhkəmənin sədri çox şəffaf iş aparır. Lakin yaxşı olardı ki, kassasiya şikayətlərində birinci instansiya və apellyasiya məhkəmələrində təqdim oluna bilməyən, yaxud həmin anda sübutları əldə etmək mümkün olmadığından yeni əldə edilmiş sübutları kassasiyasiya instansiyasına təqdim etmək imkanları olsun. Bəzən birinci və apellyasiya instansiyası məhkəməsində vətəndaş hər hansı bir sübut əldə edə bilmir. Sonda gəlir vəkilin yanına və vəkil vasitəsilə sübut əldə edir. Lakin kassasiya məhkəməsi onu sübut kimi qəbul etmir. Fikrimcə, bu kimi hallarda dəyişiklik olsa, çox yaxşı olar".

Nərmin Əliyeva isə hesab edir ki, əlavə kassasiya şikayətinin perspektivi yoxdur: "Düzdür, bəzən şikayətlər formal olaraq tərtib olunur, bununla bağlı razıyam. Amma həqiqətən əsaslar olduğu halda da, ümumiyyətlə, kassasiya instansiya məhkəməsinin qərarı ləğv olunmur. Mənim təcrübəmdə çox az hallarda rast gəlmişəm ki, kassasiya instansiya məhkəməsinin qərarını plenum özü ləğv edə bilsin. Çünki Mülki Prosessual Məcəllənin 424-cü maddəsində də konkret əsaslar nəzərdə tutulub ki, hansı hallarda Ali Məhkəmənin qərarına yenidən baxıla bilər və ləğv oluna bilər. O əsasları da çox vaxt tətbiq etmirlər. Ona görə də hesab edirəm ki, əlavə kassasiya şikayətinin perspektivi yoxdur. Əlavə kassasiya şikayəti ilə bağlı vətəndaşlar mənə müraciət etdikdə onlara hüquqi xidmət göstərirəm, amma perspektivinin olmadığını deyirəm. Çox vaxt heç şikayət vermirlər".

Vüqar Babayev əlavə kassasiya icraatının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün önəmli olduğunu deyib: "Mülki Prosessual Məcəlləyə əsasən, əlavə kassasiya şikayətini işdə vəkillə iştirak edən şəxs verə bilər. Yəni, şikayət peşəkar hüquqşünas tərəfindən hazırlanır. Kimsə formal yaza bilər, bu ayrı məsələdir. Amma əgər düzgün yanaşılsa, əlavə kassasiya qaydasında işə baxılması çox önəmli və ciddi məsələdir. Təbii ki, bu, hər işə aid deyil. Müstəsna problemlər olan işlərə aiddir. Təcrübəmdə də olub ki, həqiqətən də baxılıb və kassasiya instansiyasının qərarı ləğv edilib. Amma əksər hallarda əlavə kassasiya şikayətləri təmin olunmur. Hesab edirəm ki, məsələ əlavə kassasiya şikayətinin özünün formallığı deyil, gərək onun baxılmasında formallığa yol verilməsin, dəlillər tam araşdırılsın. Çünki bu, məhkəmə təcrübəsinin inkişaf etdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün olduqca önəmli bir institutdur".

Şəbnəm Mehdizadə

Избранный
40
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3372
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3255
Bu yol qovşağında təmir işləri aparılacaq
2731
Bakıda hoteldə yanğın başlayıb
2288
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1397
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1380
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1272
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1252
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1086
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1069
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
881
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
845
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
806
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
801
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
762
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
752
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
742
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
720
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
702
Sabah 5 kəndin qazı kəsiləcək
697