AZ

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur”

Qanunvericilikdə məhkəmələrin hökm və ya qərarlarına əlavə kassasiya qaydasında yenidən baxılması nəzərdə tutulur. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərərçəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi, məhkum və ya onun müdafiəçisi malikdir. Lakin əksər hallarda əlavə kassasiya şikayətlərinin formal tərtib olunduğu barədə fikirlərə rast gəlinir. Məsələn, şikayətlərin mütləq əksəriyyətində aidiyyəti olmayan formal, bəzən isə işin faktiki halları ilə bağlı dəlillərə toxunulur. Formal tərtib olunan əlavə kassasiya şikayətinin bir dəfə geri qaytarılmasına baxmayaraq, eyni əsaslarla şikayətlərin təkrarən verilməsi halları da mövcuddur. Belə olan halda şikayətlər təmin olunmur, çox vaxt elə əvvəlki qərarlar qüvvədə saxlanılır. Maraqlıdır, vəkillərin bu barədə fikirləri hansı yöndədir? Ümumiyyətlə, əlavə kassasiya şikayətinin perspektivi varmı?

“Qafqazinfo” məsələ ilə bağlı bir neçə vəkillə danışıb.

Vəkil Emin Kiçikbəyov hesab edir ki, əlavə kassasiya şikayətləri yalnız düzgün tərtib olunduqda və əsaslandırıldıqda müsbət nəticə əldə olunması mümkündür:

“Bəzən bilərəkdən əlavə kassasiya şikayəti verilir ki, vaxt qazanılsın. Bu da formal xarakterə gətirib çıxarır. Amma əsaslandırılıb verilən kassasiya şikayətlərində dəlillərə əksər hallarda baxılır. Bu gün Ali Məhkəmədə verilən qərarlar çox ədalətlidir və müsbət nəticələr verir. Mən əslində bu barədə çox razıyam. Ali Məhkəmənin sədri çox şəffaf iş aparır. Lakin yaxşı olardı ki, kassasiya şikayətlərində birinci instansiya və apellyasiya məhkəmələrində təqdim oluna bilməyən, yaxud həmin anda sübutları əldə etmək mümkün olmadığından yeni əldə edilmiş sübutları kassasiyasiya instansiyasına təqdim etmək imkanları olsun. Bəzən birinci və apellyasiya instansiyası məhkəməsində vətəndaş hər hansı bir sübut əldə edə bilmir. Sonda gəlir vəkilin yanına və vəkil vasitəsilə sübut əldə edir. Lakin kassasiya məhkəməsi onu sübut kimi qəbul etmir. Fikrimcə, bu kimi hallarda dəyişiklik olsa, çox yaxşı olar”.

Vəkil Nərmin Əliyeva isə əlavə kassasiya şikayətinin verilməsinin perspektivi olmadığını deyir. Əliyeva təcrübəsində bu cür hallarla çox rastlaşıb:

“Əlavə kassasiya şikayəti verməyin heç bir perpektivi yoxdur. Düzdür, bəzən şikayətlər formal olaraq tərtib olunur, bununla bağlı razıyam. Amma həqiqətən əsaslar olduğu halda da, ümumiyyətlə, kassasiya instansiya məhkəməsinin qərarı ləğv olunmur. Mənim təcrübəmdə çox az hallarda rast gəlmişəm ki, kassasiya instansiya məhkəməsinin qərarını plenum özü ləğv edə bilsin. Çünki Mülki Prosessual Məcəllənin 424-cü maddəsində də konkret əsaslar nəzərdə tutulub ki, hansı hallarda Ali Məhkəmənin qərarına yenidən baxıla bilər və ləğv oluna bilər. O əsasları da çox vaxt tətbiq etmirlər. Ona görə də hesab edirəm ki, əlavə kassasiya şikayətinin perspektivi yoxdur. Əlavə kassasiya şikayəti ilə bağlı vətəndaşlar mənə müraciət etdikdə onlara hüquqi xidmət göstərirəm, amma perspektivinin olmadığını deyirəm. Çox vaxt heç şikayət vermirlər”.

Uzun illərin vəkili Vüqar Babayev isə deyir ki, əlavə kassasiya icraatı ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün önəmlidir:

 “Mülki Prosessual Məcəlləyə əsasən, əlavə kassasiya şikayətini işdə vəkillə iştirak edən şəxs verə bilər. Yəni, şikayət peşəkar hüquqşünas tərəfindən hazırlanır. Kimsə formal yaza bilər, bu ayrı məsələdir. Amma əgər düzgün yanaşılsa, əlavə kassasiya qaydasında işə baxılması çox önəmli və ciddi məsələdir. Təbii ki, bu, hər işə aid deyil. Müstəsna problemlər olan işlərə aiddir. Təcrübəmdə də olub ki, həqiqətən də baxılıb və kassasiya instansiyasının qərarı ləğv edilib. Amma əksər hallarda əlavə kassasiya şikayətləri təmin olunmur. Hesab edirəm ki, məsələ əlavə kassasiya şikayətinin özünün formallığı deyil, gərək onun baxılmasında formallığa yol verilməsin, dəlillər tam araşdırılsın. Çünki bu, məhkəmə təcrübəsinin inkişaf etdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün olduqca önəmli bir institutdur”.

Mənbə: qafqazinfo.az

Aqreqator
Seçilən
29
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18203
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17567
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16779
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15295
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14280
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
13339
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12757
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12076
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10743
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10558
"Zaur, yenə çaşdın..." - VİDEO
8447
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7350
Minimum əmək haqqı nə qədər arta bilər?
6612
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6532
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6151
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5250
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5202
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4831
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4465