RU

Bu il Azərbaycanda 4 yeni bərpa olunan enerji stansiyasının təməli qoyulacaq

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulması planlaşdırılır.

Energetika Nazirliyinin məlumatına əsasən, bunu nazirlikdə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası zamanı komissiyanın sədri energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir Sərəncamın icrası ilə bağlı gündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötən dövr ərzində layihələrin gedişi haqqında danışıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq Komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədə məlumatlar təqdim edilib.

İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilən layihlərlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də “Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetirilən tədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.

İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Müdafiə nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu” MMC-nin nümayəndələri iştirak edib.

Избранный
63
48
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3983
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3675
Bu yol qovşağında təmir işləri aparılacaq
3188
Bakıda hoteldə yanğın başlayıb
2756
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1854
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1703
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1559
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1503
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1492
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1296
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1277
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1197
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1189
Azərbaycan nefti ucuzlaşıb
1054
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
994
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
986
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
956
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
948
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
893
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
867