AZ

Prezidentin Ehtiyat Fonduna ayrılan vəsaitin həcmi açıqlanıb

2024-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 300 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110 milyon manat vəsait, cəmi 410 milyon manat vəsait nəzərdə tutulub.

Banker.az xəbər verir ki, 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 41.7 milyon manat (22,2 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 19.5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılmışdır. Həmin ayrılmış vəsaitin 14.5 milyon manatının maliyyələşməsi həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait  ölkə ərazisində dini qurumlara maliyyə yardımının, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün istifadə olunub.

Dövlət büdcəsinin ehtiyat fondundan 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək “Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılmasına, 0.9 milyon manatı isə digər tədbirlərin icrasına yönəldilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38842
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24276
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19276
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14889
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14659
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Abdullahianın cəsədi tapıldı - FOTO
11475
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7838
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6526
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5717
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4844
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3443
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3360
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2394