Göyçayda ağır qəzada xəsarətlər alanların kimliyi bəlli olub.Missiya.Az "Report"a istinadən xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində “VAZ-2106” markalı avtomobilin divara çırpılması nəticəsində sürücü - Quluyev Əli Qulu oğlu, sərnişinlər - Məmmədov Fuad Əlişan oğlu və Abdullayev Yaşar Elvin oğlu xəsarət alıblar.Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.Fakt araşdırılır.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта