AZ

Göyçayda ağır qəza: Xəsarət alanlar var - FOTO

Göyçayda ağır qəza baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində VAZ-2106 markalı avtomobil divara çırpılıb.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
86
10
Mənbələr
Şərh ()
Bağla