AZ

Göyçayda ağır qəza: yaralılar var

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
BUTA.TVReport-a istinadən xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində “VAZ-2106” markalı avtomobil divara çırpılıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Seçilən
83
10
Mənbələr
Şərh ()
Bağla