"Napoli" gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamağa yaxındır. Futbolpress.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Qeyd olunub ki, yeni sözləşmə 2029-cu ilin yayına kimi nəzərdə tutulacaq. Xviçanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Gürcü futbolçu bu mövsüm 37 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.