“Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliya yaxın vaxtlarda komanda ilə yeni müqavilə imzalaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun İtaliya klubu ilə yeni sözləşməsi 2029-cu ilin yayına kimi qüvvədə olacaq. Hazırkı müqavilə 2027-ci ilin iyununda başa çatır.
Bu mövsüm futbolçu komandanın heyətində bütün yarışlarda 37 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçunun transfer dəyəri 80 milyon avrodur.