"Napoli" gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamağa yaxındır.
Futbolpress.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Qeyd olunub ki, yeni sözləşmə 2029-cu ilin yayına kimi nəzərdə tutulacaq.
Xviçanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Gürcü futbolçu bu mövsüm 37 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.