RU

COP29 karbohidrogenlər və “yaşıl maliyyələşdirmə” ilə bağlı iqlim gündəliyinə təsir edəcək

Azərbaycan kimi ölkələr BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə qlobal iqlim siyasətini karbohidrogenlər və "yaşıl maliyyələşdirmə" ilə bağlı daha praqmatik istiqamətə yönəldirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət enerji siyasəti üzrə kanadalı mütəxəssis Co Makkinnon "The Hub"da dərc olunan məqaləsində deyilir.

Məqalədə bildirilib ki, Misirdə COP27 və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COP28-dən sonra COP29 neft və qaz hasil edən dövlətdə keçiriləcək ardıcıl üçüncü iqlim dəyişikliyi konfransını təmsil edir: "Bunu qlobal iqlim isteblişmentinin açıq-aşkar ikiüzlülüyü kimi görmək olar, lakin bu, səthi yanaşmadır. Daha maraqlısı odur ki, bu (neft və qaz hasil edən) ölkələr niyə belə konfranslar keçirmək istəyirlər".

Müəllifin fikrincə, Misir, BƏƏ və Azərbaycan kimi ölkələr iqlim dəyişikliyinə tamam başqa cür yanaşırlar: "Onlar başa düşürlər ki, iqlim dəyişikliyi ilə bağlı qlobal fəaliyyət real iqtisadi dəyişikliyə təsir göstərir. Bu tendensiyalar indi, məsələn, qlobal əmtəə bazarlarında və gələcək investisiya strategiyalarında özünü göstərir".

Müəllif qeyd edib ki, COP-a ev sahibliyi edən ölkələr sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas iştirakçıları olaraq qalmaq üçün siyasi kapitaldan və mövqeləşdirmədən istifadə edə, o cümlədən enerji keçidinin maliyyəçiləri kimi mövqelərini göstərə bilərlər.

Məqalədə vurğulanıb ki, siyasətin inkişafının yenidən iqlim dəyişikliyi iqtisadiyyatına yönəldilməsi, çox güman ki, belə ölkələrdə baş verən yeni iqlim dialoqları ilə daha çox rezonans doğuracaq.

"Bu tendensiya bizə göstərdi ki, ölkələr masa arxasına gəlib bizim enerji və iqlim gələcəyimizi müzakirə etməyə hazırdır. Bu danışıqlar əsaslı iqtisadi məsələlər çərçivəsində aparılmalıdır. Ən aşağı xərclə iqlim tərəqqisinə nail olmağın, növbəti illərdə etməli olacağımız dəyişikliklərə ictimai dəstəyi qorumağın ən yaxşı yolu budur", - kanadalı ekspert bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
22
46
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25621
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16663
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
14951
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13872
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11299
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10532
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10446
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9956
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
9660
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9227
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7061
Səidə Sultan klipi üçün lüt soyundu
6958
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6114
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5870
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5498
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5104
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4479
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4478
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4105