AZ

Alzheimer xəstəliyinə səbəb olan əsas faktorlardan biri aşkarlandı

Orta yaşda yaşanan stresli hadisələr sonrakı həyatda Alzheimer xəstəliyi riskini artıra bilər.



Sfera.az xəbər verir ki, bunu "Annals of Neurology" jurnalında dərc olunan araşdırma göstərib.



Ağır xəstəlik, iş tapa bilməmək, yaxın adamını itirmək və digər stresli hadisələr insanın davranış və psixoloji reaksiyalarını aktivləşdirir. Sübutlar bunun demans riskinin artması ilə əlaqəli ola biləcəyini göstərir.



Yeni araşdırmada 1290 könüllü stresli həyat hadisələrini təsvir edib. Statistik təhlillər göstərib ki, kişi nə qədər stresli hadisələr keçirsə, onun beynində Alzheimer xəstəliyinin inkişafında əsas rol oynayan beta-amiloid proteini bir o qədər çox olur. Bu molekulun səviyyəsi beynin MRT-dən istifadə etməklə müəyyən edilib. Qadınlarda stress beyində boz maddənin həcminin azalmasına səbəb olub.



Həmçinin, uşaqlıqda daha yüksək stress səviyyəsi orta yaşda sinir sistemində daha yüksək iltihab riski ilə əlaqələndirilib.



Psixi sağlamlıq pozğunluqları olan iştirakçılar stressə daha çox reaksiya veriblər: beta-amiloid və tau protein səviyyəsinin artması, beyində iltihab və boz maddənin həcminin azalması. Bu, belə insanların stressin təsirlərinə daha həssas olduğunu göstərir.

 

"Bizim işimiz stressin Alzheimer xəstəliyinin inkişafında əhəmiyyətli rol oynaya biləcəyi fikrini dəstəkləyir və bu təsirin mexanizmləri ilə bağlı ilkin sübutlar təqdim edir, lakin tapıntılarımızı təkrarlamaq və təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var",- araşdırma müəllifləri bildiriblər.

İnci
sfera.az

Seçilən
147
46
Mənbələr
Şərh ()
Bağla