AZ

Dünya Bankının iqlim maliyyələşdirməsində rekord

Dünya Bankının (DB) hesabatına əsasən, bu maliyyə qurumunun iqlim maliyyələşdirməsi 2023-cü ildə rekord həddə çatıb və 29,4 milyard ABŞ dolları təşkil edib.
Hesabatda, həmçinin qeyd edilir ki, DB gələcəkdə təkcə iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin həcminə diqqət yetirməməyi planlaşdırır. DB, eyni zamanda, investisiyaların təsirini izləməklə problemə daha geniş yanaş­mağı qarşıya mühüm vəzifə kimi qoyur. Layihələr sayəsində tullantıların həcmi azalır, hava daha təmiz olur, suyun key­fiyyəti və əhalinin sağlamlığı yaxşılaşır. 
Bəs iqlim maliyyələşdirməsinin təmin etdiyi dəyişikliyin miqyası nə qədərdir? DB-nin hesabatında bu suala belə cavab verilir: “Maliyyə qurumu dünya ictima­iyyətinin sıfır emissiyaya nail olmasına və iqlim dəyişikliyinin təsirlərindən qo­runmasına böyük diqqət yetirir. İqlim və inkişaf məsələlərini birlikdə həll etmək üçün DB ölkələrdə istixana qazı emissi­yalarını azaltmaq üçün strategiyalar ax­tarır, digər yandan da mühüm yeni diaq­nostik alət vasitəsilə – ölkələr üzrə iqlim və inkişaf hesabatları ilə davamlı inkişafı dəstəkləyir”.
20-dən çox ölkəni əhatə edən birinci belə hesabat göstərir ki, iqlim dəyişikliyi uzunmüddətli inkişaf məqsədlərinə çox ciddi təhlükə yaradır, lakin ölkələr böyük dəyişikliklərə razı olsalar, emissiyaları azalda bilərlər və onların iqtisadiyyatları böyüməyə davam edir. Belə keçidi hə­yata keçirmək üçün lazım olan maliyyə resursları orta hesabla ÜDM-in təxminən 1,4 faizini təşkil edir – özəl sektorun la­zımi iştirakı ilə bu məbləğ kifayət qədər əlçatandır. Bununla belə, aşağı gəlirli ölkələrdə tələb olunan maliyyələşdirmə ÜDM-in 5 faizini keçə bilər ki, bu da yük­sək gəlirli ölkələrdən daha çox dəstək, o cümlədən daha güzəştli maliyyələşdirmə tələb edəcək.
Dünya Bankı, həmçinin davamlı in­kişafa nail olmaq və yoxsulluğa son qoymaqla yanaşı, qlobal istiləşmənin 2°C, imkan olarsa 1,5°C ilə məhdudlaş­dırılmasında irəliyə doğru mühüm ad­dımı təmsil edən yeni maliyyələşdirmə əməliyyatlarını Paris Sazişinin məqsəd­lərinə uyğunlaşdırmağı öhdəsinə götü­rüb. Bank qeyd edir ki, 2023-cü il iyulun 1-dən DB-nin bütün maliyyələşdirmə əməliyyatları bu öhdəliyə uyğundur. 
“Bankın baş ofisində İqlim Dəyişik­liyi ilə Mübarizə üzrə Maliyyə Nazirləri Koalisiyasının katibliyi fəaliyyət göstərir. 86 ölkənin maliyyə nazirliyini və 26 ins­titusional tərəfdaşı birləşdirən bu koalisi­ya 2023-cü ildə Dünya Bankı və IMF-in yaz toplantıları zamanı yaradılıb. Onun əsas məqsədi iqlim dəyişikliyi və ədalətli keçidin iqtisadi gündəmdə əsas yer tut­masını gerçəkləşdirmək, ölkələrin üzləş­diyi strateji problemləri müzakirə etmək və strategiyaların həyata keçirilməsində səmərəli təcrübəni bölüşməkdir. 
Koalisiya həmçinin maliyyə na­zirliklərinə iqlim fəaliyyətinə üstünlük verməyə kömək göstərmək üçün yeni tövsiyələr dərc edib. Siyasi qərarlar qə­buluna cavabdeh şəxslər, həmçinin ən çox çirkləndirici sənaye və fəaliyyətləri karbonsuzlaşdırmağı hədəfləyən “keçid maliyyəsi”ni də müzakirə edib və poten­sialın artırılması və yeni “yaşıl” siyasət və proseslərin həyata keçirilməsi üçün proqramları genişləndirib. Koalisiyanın gələcək işlərinə İndoneziya və Niderland rəhbərlik edəcək”, – hesabatda vurğula­nır.
XQ

Seçilən
156
46
Mənbələr
Şərh ()
Bağla