RU

Deputat: “Quru sərhədləri bağlı qalmalıdır”

“Rusiyada baş verən terror hadisəsi vətəndaşların təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirdi”.

Bunu Oxu.Az-a açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, heç bir dövlətin terrordan sığortalanmadığını bu cür hadisələr bir daha sübut edir:

“Həm də insanları təhdid edən terror əməlləri dövlətləri buna qarşı tədbir görməyə vadar edir. Rusiya bu gün Ukraynada aktiv müharibə aparır. Baxmayaraq ki, daxili sabitliyini qorumaq üçün ən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, hər addımda şübhəli insanlar yoxlanılır, miqrantlar daim nəzarət altındadır, insanların daha çox toplaşdığı bir məkanda terror aktı törədildi. Buna görə də hər bir dövlət özünüqoruma instinktə sahib olmağı bacarmalıdır”.

A.Hüseynov əlavə edib ki, Azərbaycanın quru sərhədlərini bağlaması təsadüfi deyil:

 “Dövlətimiz daxili təhlükəsizliyimizi təmin etmək üçün ən sərt üsullardan istifadə etməkdə israrlıdır. Kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, bu tədbirlər görülməlidir.

Terroru kimlərin törədə biləcəyini də uzaqda axtarmaq lazım deyil. Ölkəmiz və xalqımız düz 30 il erməni terrorundan əziyyət çəkib. Onların arxasında dayanan güclər Ermənistandan və ermənilərdən bütün hallarda istifadə edə biliblər. 44 günlük müharibədə Azərbaycan təkcə Ermənistanı məğlub etmədi, həm də onların arxasında duran, erməni terrorunu maliyyələşdirən, Ermənistanı yetişdirənləri rəzil etdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına həll etməsi həmin güclərin xoşuna gəlmir, ölkəmizi cəzalandırmaq üçün bütün imkanlarını səfərbər ediblər”.

“Qərbin bəzi ölkələrinin sözü bitəndə terrora əl atması yeni xəbər deyil. Amma onlar özlərini həqiqətin yanında duran kimi təqdim etməklə diqqəti yayındırmaq istəyirlər. Hərçənd cidanı çuvalda gizlətmək artıq mümkün deyil. Ona görə də hələlik quru sərhədlərinin bağlı qalması lazımdır. Xarici ölkələrə çıxış təkcə quru yolu ilə deyil, bunun üçün alternativ nəqliyyat növlərindən istifadə edilə bilər. Quru sərhədləri də tam olaraq qapadılmayıb, amma təklükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilib. Bütün bunlar vətəndaşlarımızın təhlükəsizliyi üçündür. Bunu unutmaq lazım deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
235
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22982
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14431
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11359
Helikopterin qalıqları tapılıb
8965
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7992
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6987
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4791
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4168
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3836
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3549
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2078
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1618
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1581
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355