AZ

Solovyovun azərbaycanlılara nifrətinin SƏBƏBİ: Arvadı qoşulub qaçaraq…

“Biz çox gözəl bilirik ki, Solovyov, Simonyan, Qabrelyanov və başqaları müəyyən mənada Rusiya dövlətinin əsas ideoloji xəttini aparırlar. Onlar hökumətin siyasətinin təbliğatı ilə məşğul olan ruporlardır. Bu yaxınlarda Rusiyanın nüfuzlu media resursları sızdırılmış bir məlumatı ictimailəşdiriblər. Qeyd olunub ki, hazırkı fəaliyyətini davam etdirməsi üçün təkcə Solovyova hər il 60 milyon dollara qədər büdcə ayrılır. Bu, birbaşa ayrılmalardır. Amma digər əlavə məbləğlər də var. Bu fakt onu göstərir ki, Solovyovun fəaliyyəti hansısa formada dövlət tərəfindən koordinasiya olunur”.

Publika.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə “Baku TV”-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri Turan İbrahimov bildirib.

O qeyd edib ki, Vladimir Solovyov və digərlərinin məqsədi onlardan pulunu əsirgəməyən ağalarına, o cümlədən erməni iş adamlarına yarınmaqdır.

Seçilən
169
2
Mənbələr
Şərh ()
Bağla