U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçisi Dario Bel idarə edəcək. Onun köməkçiləri Qoran Pataki, İvan Yaniç və Zdenko Lovriçdir.
“Qarabağ Arena”da baş tutacaq matç martın 26-da, 16:00-da başlayacaq.
Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir.