AZ

Azərbaycan-Ukrayna matçının hakimləri AÇIQLANDI  

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.  

Matçın baş hakimi Dario Bel olacaq. Onun köməkçiləri Qoran Pataki, İvan Yaniç və Zdenko Lovriçdir. “Qarabağ Arena”da baş tutacaq matç martın 26-da, 16:00-da başlayacaq. Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
8
bizim.media

10Mənbələr