AZ

Azərbaycan – Ukrayna matçına hakim təyinatları açıqlandı

U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçisi Dario Bel idarə edəcək. Onun köməkçiləri Qoran Pataki, İvan Yaniç və Zdenko Lovriçdir.

“Qarabağ Arena”da baş tutacaq matç martın 26-da, 16:00-da başlayacaq.

Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
8
idmanxeber.az

10Mənbələr